Haqqımızda

Catering”-in məqsədi yüksək xidmət standartlarını hər zaman qorumaqdır. Bakı şəhəri və ətraf qəsəbələrində yerləşən müxtəlif şirkət və müəssisələr üçün kompleks yeməklərin hazırlanması və çatdırılmasında, işgüzar nahar və şam yeməklərinin təşkilində, furşet, banketlər, fərdi tədbirlər, iş toplantılarında öz professional xidmətlərini təklif edir. Geniş çeşidli milli və avropa mətbəxi xidmətinizdədir.

“Blissful Décor” şirkəti müştərilərinə restoranların, ofislərin, bağların, evlərin, xnayaxdı, toy, nişan, ad günləri, banketlərin və tədbirlərinin xüsusi zövqlə bəzədilməsini təklif edir.

Xidmətlərimizə: loqotip yazılı açılış şarları və bayraqları, təbii və süni güllərlə adların yazılması və s. daxildir.

Müştəri məmnuniyyəti “Blissful Catering & Decor” şirkəti üçün əsas meyar olduğuna görə müştərilərimizdən gələn təklifi dəyərləndirir və fəaliyyətimizi bu istiqamətdə davam etdiririk.

Fəlsəfəmiz

Fəlsəfəmizin mərkəzində göstərdiyimiz xidmətlərin, çatdırdığımız yeməklərin keyfiyyətindən müştərilərimizin məmnun olması durur. Xidmətlərimizin keyfiyyətinin hazırladığımız yeməklərin yüksək keyfiyyətli ərzaqlardan peşəkar hazırlanmasından asılı olduğunu bildiyimizə görə şirkətimizin gündəlik iş gedişatına ciddi nəzarət edir və lazımi bütün tədbirləri heyata keçiririk.

Missiyamız

Bizim məqsədimiz şirkətimizi dinamik surətlə inkşaf etdirmək, ölkəmizdə yerli şirkətlər arasında ən yüksək pillədə yer tutmaq və ölkə daxilində fəaliyyət göstərərək şirkət kapitalını artıraraq beynəlxalq bir şirkətə doğru addımlamaqdır. Bununlada biz ölkəmizdə şirkətimizin xidmətlərinə ehtiyacı olan yerlərdə yaxından kömək etməyə, vətəndaşlarımız arasında xidmət sahəmizə maraqlı şəxslərə öz fəaliyyətlərini göstərməsi üçün şərait yaratmaq və şirkətimizi beynəlxalq bir şirkətə çevirərək ölkəmizin milli maraqlarını, dəyərlərini qorumaq şərti ilə ölkəmizin beynəlxalq arenada daha yaxşı tanınmasına yaxından köməkçi olmağa çalışırıq. Biz yaxşı bilirik ki, şirkətimizin dinamik sürətlə inkişaf etməsi üçün dəyərli müştərilərimizin xidmətlərimizdən məmnun qalması vacib şərtdir.